Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
  • Cəmiyyət

  • 22 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Xanalıyan kəndində yerləşən mərasim evində aparılmış təmir-bərpa işlərinə baxış keçirib.

    Rayon rəhbərinə görülmüş işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərasim evində sakinlərin rahat istifadəsinin təmin edilməsi məqsədilə binanın daxili və xarici hissələrində əsaslı təmir-bərpa işləri aparılıb, dam örtüyü və kommunikasiya xətləri yenilənib, zallar və yardımçı otaqlar müasir tələblərə uyğun şəkildə təmir olunub, həyət ərazisində abadlıq işləri həyata keçirilib.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görülən işlərə görə zəhməti olanlara təşəkkürünü bildirib işlərin keyfiyyəti ilə maraqlanaraq, ictimai təyinatlı obyektlərin müasir standartlara uyğun vəziyyətdə saxlanılmasının, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, insanların gündəlik həyatında mühüm əhəmiyyət daşıyan sosial infrastruktur obyektlərinin abadlaşdırılması və yenilənməsi dövlət tərəfindən həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir.

    Baxış zamanı mərasim evinin gələcək istismarı, ərazidə əlavə abadlıq tədbirlərinin görülməsi və obyektin səmərəli fəaliyyətinin təmin olunması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.
    Kənd sakinləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, mərasim evində aparılan təmir-bərpa işlərinin kənd əhalisinin istifadəsi üçün əlverişli şərait yaratdığını qeyd ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər