Masallıda rayon rəhbəri şəhid anasını 80 illik yubileyi münasibətilə ziyarət edib

Masallıda rayon rəhbəri şəhid anasını 80 illik yubileyi münasibətilə ziyarət edib
  • Cəmiyyət

  • 03 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lürən kəndində Birinci Qarabağ müharibəsi şəhidi Şükürov Faiq Xubəli oğlunun anası Şükürova Cahan Ağaxan qızını 80 illik yubileyi münasibətilə yaşadığı evdə ziyarət edib.
    Ziyarətdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdiri Qəşəm Hadıyev və Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak ediblər.

    Rayon rəhbəri şəhid anasını 80 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və ailəsinə firavanlıq arzulayıb. Görüş zamanı şəhid ailəsinə göstərilən dövlət qayğısından, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasından bəhs olunub.

    Səmimi söhbət zamanı Şükürova Cahan Ağaxan qızının qayğı və problemləri ilə maraqlanılıb, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
    Şəhid anası ona göstərilən diqqət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.


    PAYLAŞ:

    Oxşar xəbərlər