Rayon rəhbəri Ərəb kəndi səfəri çərçivəsində şəhid məzarlarını ziyarət edib

Rayon rəhbəri Ərəb kəndi səfəri çərçivəsində şəhid məzarlarını ziyarət edib
  • Cəmiyyət

  • 03 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ərəb kəndinə səfəri çərçivəsində şəhid məzarlarını ziyarət edib.
    Ziyarətdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdiri Qəşəm Hadıyev, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Xırmandalı bələdiyyəsinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

    Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

    Qeyd olunub ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur.


    PAYLAŞ:

    Oxşar xəbərlər