Masallı rayonunun Banbaşı kəndində ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər görülüb.
Belə ki, kəndin Məscid yolunun 300 metr uzunluğunda hissəsinə asfalt örtüyü döşənib. Layihənin icrasına ümumilikdə 10 min manat vəsait sərf olunub.
Həmçinin, ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən Şəhid Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin giriş hissəsində yerləşən 90 kvadratmetr sahəyə asfalt örtüyü salınıb. Bu işlərə 1 500 manat vəsait xərclənib.
Həyata keçirilən abadlıq-quruculuq tədbirləri kənd sakinlərinin rahatlığının təmin edilməsinə, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və sosial obyektlərin ətraf mühitinin abadlaşdırılmasına xidmət edir.