Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ərkivan qəsəbəsində asfaltlanan yola baxış keçirib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ərkivan qəsəbəsində asfaltlanan yola baxış keçirib
  • ---

  • Masallı rayonunda yol infrastrukturunun yenilənməsi və əhalinin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

    Ərkivan bələdiyyəsinin təşəbbüsü ilə qəsəbənin Zeynoba məhəlləsində uzunluğu 320 metr, eni 4 metr olan qəsəbədaxili yola asfalt örtüyü döşənib. Eyni zamanda, yağış və qrunt sularının maneəsiz axıdılmasının təmin edilməsi məqsədilə 400 metr uzunluğunda suaparıcı kanallar qazılaraq müvafiq borular quraşdırılıb.
    Həyata keçirilən layihənin icrasına ümumilikdə 22 min 500 manat vəsait sərf olunub.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görülən işlərlə yerində tanış olmaq məqsədilə Ərkivan qəsəbəsində olub, asfaltlanan yola baxış keçirib. Rayon rəhbərinə görülən işlərin gedişi və layihənin nəticələri barədə ətraflı məlumat verilib.

    Araz Əhmədov yol infrastrukturunun yaxşılaşdırılmasının sakinlərin rahat gediş-gəlişinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, yaşayış məntəqələrində abadlıq-quruculuq tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bildirib.

    Qəsəbə sakinləri həyata keçirilən işlərdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, reallaşdırılan layihə nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına, əhalinin rahatlığının artırılmasına və yaşayış məntəqələrinin sosial simasının daha da gözəlləşdirilməsinə xidmət edir.




    PAYLAŞ:

    Oxşar xəbərlər