Rayon rəhbəri rayonun ucqar yaşayış məntəqələrindən biri olan Güllütəpə ərazisinin Köhnə Zuvand kəndində sakinlərlə görüş keçirib

Rayon rəhbəri rayonun ucqar yaşayış məntəqələrindən biri olan Güllütəpə ərazisinin Köhnə Zuvand kəndində sakinlərlə görüş keçirib
  • Cəmiyyət

  • Köhnə Zuvand kənd sakinlərinin kollektiv müraciəti ilə əlaqədar keçirilən görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən sosial və infrastruktur məsələləri müzakirə olunub. Sakinlər əsasən kənddaxili yolların mövcud vəziyyəti, elektrik enerjisi təchizatı, qaz təminatı, küçə işıqlandırılması, məşğulluq və digər sosial problemlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

    Kənd sakinləri vətəndaş müraciətlərinə operativ yanaşıldığı üçün rayon rəhbərliyinə və aidiyyəti qurumların əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.

    Rayon rəhbəri tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin görüləcəyi bildirilib, bəzi müraciətlərlə bağlı yerində araşdırmalar aparılması üçün məsul şəxslərə tapşırıqlar verilib.

    Görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb. Vətəndaşlar aparılan abadlıq-quruculuq işlərinə, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər