Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu

Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
  • Cəmiyyət

  • 14 may 2025-ci il tarixdə rayonun Güllütəpə ərazisinin Yeni Zuvand kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 6 nəfər vətəndaş tərəfindən 7 məsələ qaldırıldığını, məsələlərdən 4-nün müsbət həll olunduğunu, 2 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini və 1 məsələnin nəzarətdə olduğunu bildirmişdir.

    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər peroblemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Güllütəpə, Əmirtürbə, Tatyanoba və Yeni Zuvand kəndlərinin elektrik təsərrüfatı SİP kabelləşdirilmiş, ərazi üzrə 13 ədəd yararsız elektrik dirəyi və 650 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, Güllütəpə kəndində şəhid Firdovsi Bağırzadə küçəsinə 1,1 km məsafədə, Tatyanoba kəndində 200 metr məsafədə asfalt örtüyü döşənmiş, 12 km məsafədə daxili yollara çınqıl tökülərək hamarlanmış və 5 km məsafədə yol qreyderlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB, “Azəronline” MMC və “CityNet” MMC şirkətləri tərəfindən ərazinin Köhnə Zuvand kəndi istisna olmaqla bütün yaşayış məntəqələrinə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir. 

    Daha sonra şöbə müdiri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 16500 ədəd və “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 500 ədəd olmaqla ümumilikdə 17000 ədəd ağac əkilməsi, Güllütəpə kəndində qaz sızması nəticəsində partlayış baş vermiş fərdi yaşayış evinin təmir edilməsi, Yeni Zuvand kəndinin mərkəzindən keçən kanalın üzərində ümumi uzunluğu 20 metr və eni 6 metr olan körpü inşa edilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin  etmək məqsədi ilə tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.














    PAYLAŞ:

    Oxşar xəbərlər