Bakıda "Sədərək" ticarət mərkəzində ölüm hadisəsi baş verib.
"Leqal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında mərkəzin 8-ci sırasında qeydə alınıb.
46 yaşlı mağaza sahibi, Zahid adlı kişi həyatını itirib. Onun orqanizmdə şəkərin qalxması səbəbindən həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, hal şahidlərinin bildirdiyinə görə təcili tibbi yardıma zəng etsələr də həkimlərin gec gəldiyini bildiriblər.