Prezident İlham Əliyev Azərbaycan dili haqqında

Prezident İlham Əliyev Azərbaycan dili haqqında
  • Cəmiyyət

  • Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinə yanaşması, təbii ki, ulu kökdən, varislikdən və ənənəyə möhkəm sadiqlikdən irəli gəlir. Ümummilli lider Heydər Əliyev dilimizin böyük hamisi və qayğıkeşi idi. Bu böyük şəxsiyyət ana dilini ürəkdən sevir, bu dildə danışmağı ilə fəxr edir­di. Ulu öndər çıxışlarında ana dilinin azərbaycançılıq məfkurəsi ilə bağlı­lığını, xalqımızın böyük milli-mənəvi sərvətlərindın biri olduğunu da dəfələrlə diqqətə çatdırmışdı: “Hər bir xalqın milli­liyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.”

    Ümummilli liderin ana dilinə olan böyük sevgisi, diqqət və qayğısı bu bö­yük şəxsiyyətin bənzərsiz, milli koloritli, canlı çıxışlarında qabarıq şəkildə özünü göstərirdi. Ulu öndər dərin məzmunlu, müdrik çıxışları ilə həm dilimizin zənginliyini diqqətə çatdırır, həm də gənclərə dilimizə məxsus bir sıra incə məqamları yada salırdı.

    Mətbuat və televiziya işçilərinin işə qəbulu zamanı onların nitq mədəniyyətinə yiyələnmə  səviyyəsi yoxlanılsın.Nitq mədəniyyəti ilə bağlı məsələlər mətbuatda mütəmadi olaraq işıqlandırılsın.Ayrıca olaraq mətbuat və televiziya işçiləri üçün praktik “Nitq mədəniyyəti” vəsaiti hazırlanıb nəşr edilsin.

    Azərbaycan Milli Elmlər Akademiyasının magistrant və doktorantları üçün “Dilimiz – milli sərvətimiz” adlı müsabiqə keçirilsin.

      Ədəbi dil normalarının pozulmasını əks etdirən videoçarxlar hazırlansın.

     Təhsil Nazirliyi və Milli Televiziya və Radio Yayımları Şurası xəttilə müvafiq qurumlarda “Azərbaycan dilinin saflığını qorumaq hamının borcudur” mövzusun­da müsabiqələr keçirilsin.

    Təhsil Nazirliyinin müvafiq qurumlarında “Nitq mədəniyyəti” fənninin tədrisinin keyfiyyəti yaxşılaşdırılsın.

    “Nitq mədəniyyəti” dərsliyinin yeni təkmilləşdirilmiş nəşri hazırlansın.

     Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə koordinasiya işi gücləndirilsin, birgə tədbirlərin həyata keçirilməsinə diqqət artırılsın.

    Dilimizə daxil olan yeni terminlər mütəmadi olaraq ictimaiyyətə çatdırılsın və müzakirə artırılsın

     Yeni anlayışların dilimizin daxili imkanları hesabına ifadə olunması məsələsinə diqqət artırılsın. Azərbaycan dilinin orfoepiya lüğəti hazırlanıb nəşr olunsun.Ədəbi dil normalarının pozulması hallarına qarşı müvafiq cərimələr tətbiq edilsin.

    Beləliklə, yuxarıdakı qeydlərdən göründüyü kimi, istər ulu öndər, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirmişlər.

     Bununla belə, təəssüf ki, hələ də reklam daşıyıcılarında, internet resurslarında, kütləvi  informasiya  vasitələrində  dilimizin  saflığının  pozulması  hallarına  rast  gəlirik. Ədəbi dilin  saflığının  qorunması hamıdan asılıdır,  çünki  dilin  daşıyıcısı  xalqdır  və  dil xalqın  ən böyük mənəvi  sərvətlərindən  biridir.Hər birimiz vətəndaş olaraq üzərimizə düşən bu öhdəliyin məsuliyyətini dərk edib həllinə köməklik göstərməliyik.

     

    Aida Məmiyeva,
    Masallı rayon Viləş kənd sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər