Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul

Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
  • Cəmiyyət

  • 11 iyun 2025-ci il tarixdə rayonun Təzəkənd kəndində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə çıxış edərək ərazidə ötən qəbul zamanı 4 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırıldığını, 1-nin müsbət həll olunduğunu və 3 məsələ ilə bağlı vətəndaşlara qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra Elvin Fəttayev ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər peroblemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, ərazidə 1420 metr kənddaxili yol cari təmir olunmuş, Təzəkənd ərazisində 14 ədəd yararsız elektrik dirəyi və 250 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, ərazidə 450 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB, “CityNet” MMC və “SelNet” MMC şirkətləri tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Şöbə müdiri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 300 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 350 ədəd olmaqla ümumilikdə 650 ədəd ağac əkilməsi, Təzəkənd xeyriyyə fondu tərəfindən mərasim zalı inşa edilməsi və Təzəkənd kənd tam orta məktəbinin yardımçı binasının tikintisinə başlanılması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin  etmək məqsədi ilə tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.




    PAYLAŞ:

    Oxşar xəbərlər