Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul

Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
  • Cəmiyyət

  • 23 may 2025-ci il tarixdə rayonun Xırmandalı kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. 
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi, şöbə  müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
    Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi, şöbə  müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 5 nəfər vətəndaş tərəfindən 5 məsələ qaldırıldığını, 2-nin müsbət həll olunduğunu, 2 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini və 1 məsələ ilə bağlı aidiyyatı üzrə müraciət olunduğunu bildirmişdir.

    Sonra F.Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər peroblemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Xırmandalı kəndində uzunluğu 1.8 km olan kənddaxili yola çınqıl tökülərək hamarlanmış, Hacıtəpə kəndində 1.5 km məsafədə, Ərəb kəndində isə 3 km məsafədə küçələr işıqlandırılmış, ərazidə 1760 metr məsafədə suaparıcı kanallar təmizlənmiş və 6 ədəd suaparıcı kanalın keçidinə borular qoyulmuş, GPON lahiyəsi üzrə “Aztelekom” İB, “CityNet” MMC və “SelNet” MMC şirkətləri tərəfindən ərazinin bütün yaşayış məntəqələrinə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.
    Natiq daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 350 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 450 ədəd olmaqla ümumilikdə 800 ədəd ağac əkilməsi, Hacıtəpə kənd məscidinin daxilində və fasadında təmir işlərinin aparılması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin  etmək məqsədi ilə tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər