
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənd daxili yollarda təmir-bərpa işləri aparılmaqdadır.
Belə ki, 2025-2026-cı illərdə icrası planlaşdırılan Mahmudavar-Mololon yolunun asfaltlanması üzrə lahiyə hazırlanıb və ilkin hazırlıq işlərinə başlanılıb.
23 may 2025-ci tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov və başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov rayonun Mahmudavar-Mololon yolunda asfalt örtüyünün döşənməsindən əvvəl görüləcək işlərlə yol yatağının hazırlanması, suötrücü boruların quraşdırılması və ətraf infrastrukturun uyğunlaşdırılması ilə bağlı aparılan işlərlə yerində tanış olmuşlar. Rayon rəhbəri yolda aparılan işlərlə bağlı öz tapşırıq və tövsiyələrini vermişdir.
Görülən işlərlə bağlı kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinic Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və zəhməti olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.
