Bakı İlahiyyat Kollecinin tələbələri üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Bakı İlahiyyat Kollecinin tələbələri üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
  • Cəmiyyət

  • Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin tələbə və müəllim heyətinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ekskursiya təşkil edilib.

    Ekskursiya zamanı tələbələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponatlar, fotoşəkillər, kitablar haqqında ətraflı məlumat verilib, həmçinin mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Eyni zamanda tələbələrə Heydər Əliyev Mərkəzinin fəaliyyəti və arxitekturası haqqında da ətraflı məlumat təqdim olunub.

    Bu cür ekskursiyaların təşkili tələbələrə ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənmək, milli-mənəvi dəyərlərimizə və tariximizə bağlılıq hissini gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər