Dövlət Komitəsinin sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək

Dövlət Komitəsinin sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistan Respublikasının Dini İşlər Komitəsinin sədri Sodik Toşboyevin dəvəti ilə Səmərqənddə “Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

    Konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar.

    29-30 aprel tarixlərində keçiriləcək konfransda Maturidiyyə təlimində ümumbəşəri dəyərlərin, tolerantlıq və mötədilliyin təfsiri, həmçinin bu ideyaların 21-ci əsrdə aktuallığı barədə müzakirələr aparılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər