Dini müxtəliflik və Multukulturalizm elə bir məna ifadə edir ki, ilk öncə onun izahından başlamaq lazımdır. Multikulturalizm bir çox müxtəlif mədəniyyətlərin bir yerdə yaşadığı cəmiyyəti ifadə edir. Multikulturalizm dedikdə buraya dini, dil, irqi,etnik və s kimi müxtəlifliklərin hamısına qarşı olan tolerantlıq (dözümlülük) nəzərdə tutulur. Multikultural cəmiyyətdə bütün mədəniyyətlər bir-birinə hörmət etməlidir.
Ümumiyyətlə, multikulturalizmin zəruri olması çox vaxt bir çox fərqli ölkələrdən insanların bir yerə köç etdiyi və ölkənin daxilində müxtəlifliyin olması zamanı baş verir. Təəssüflər olsun ki, günümüzdə hələdə hakimiyyətin və ya cəmiyyətin bu prosesdə fəal iştirak etməməklə yanaşı, bunun qarşısını alıb baltalamaya çalışan ölkərdə mövcuddur. Lakin bu cəmiyyət ancaq tolerantlıq və ksenofobiya ilə mübarizə ilə ayaqda qala bilər.Multikulturalizm həm müasir demokratik ölkələrdə mədəni plüralizm reallığına cavab, həm də keçmişdə mədəni qrupların təcrid, ayrı-seçkilik və təzyiqlərini kompensasiya etmək üsuludur. Müasir demokratiyaların əksəriyyəti müxtəlif mədəni perspektivlərə, müsbət təcrübələrə və töhfələrə malik üzvlərdən də ibarətdir.
Multikulturalizm dominant mədəniyyətin assimilyasiya(ərimə,yox olma və ya qarışma) təzyiqini dayandırır və fərqliliklərə, müxtəlifliklərə hörmət etməklə yanaşı, cəmiyyətin müxtəlif üzvlərinin fikir və töhfələrini daxil etməyə çağırır. Digər bir tərəfdən multikulturalizm dini müxtəlifliyidə öz əhatəsində alan bir sahədir . Insan yaradılandan bəri müxtəlif dinlərə ibadət etmişdir . Məhz dini amillərə görə dünya tarixi bir çox mübahisələrlə hatta müharibələrlə üzləşmişdir. Multikulturalizm isə elə məhz bu cəhətdən dünyamız üçün önəmli bir faktordur . Multikulturalizmin gətirdiyi töhfələrdir ki günümüzdə bir çox ölkələrdə müxtəlif dinlərə ibadət edən insanlara şərait yaradılır,onların öz ibadətlərini etmələri üçün ibadət evləri ya tikilir yada qorunub saxlanılır,onlara cəmiyyətdə özlərini ifadə etmək üçün şərait yaradılır və qanunlar hazırlanır . Gəlin indi isə multikulturalizm anlayışını anlamaq üçün daha dərinə gedək . Belə ki, multikulturalizm hər cəmiyyət üçün eyni mənalı başa düşülmür.
Bəzi ölkələrdə multikulturalizm bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, bəzi ölkələrdə isə azsaylı xalqların mədəniyyətini dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Multikulturalizmi izah edərkən bir çox yerdə tolerantlıq kəliməsindən istifadə etdim . Bəli bu iki söz bir-birini müəyyən mənada izah etsə də həmişə üst-üstə düşməyə bilir . Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil. Multikulturalizm, mənfi və ya müsbət çalar daşımasından aslı olmayaraq istər akademik diskursda, istərsə də siyasi debatlarda dəbli terminə çevrilib. Fleras və Elliotun qeyd etdiyi kimi bu məfhumun istifadə rəngarəngliyinin kökündə fərqli subyektlərin ona fərqli mənalar verməsi, onların intensiyaları (niyyətləri), həmçinin terminin tətbiq arealının genişliyində dayanır. Belə ki , Sözün etimoloji anlamı kifayət qədər aydındır: ən bəsit izahla multi – çox, kultura – mədəniyyət, yəni çoxmədəniyyətlilik deməkdir. Sözün sonundakı –izm suffiksi bu məfhuma ideoloji cərəyan donu geyindirir.Bunlarla yanaşı, multikulturalizm həm də ictimai diskursun predmeti kimi də çıxış edir. Bu o deməkdir ki, müxtəlifliyin idarə olunmasına yönəlmiş siyasi proqram istiqamətlərini dəyişmədən belə ictimai fikirdə multikulturalizmi müzakirə predmetinə çevirmək, beləliklə də ona mənfi və ya müsbət çalar yükləmək olar.Məhz belədə olur.Bloemraad və Wright mövcud akademik ədəbiyyatın ümumi təhlilindən belə nəticəyə gəlirlər ki, multikulturalizm anlayışının istifadəsini 4 qrupda ümumiləşdirmək olar:
1. Multikulturalizm əhalinin müxtəlifliyi haqqında demoqrafik faktların təsviridir;
2. Multikulturalizm ədalətin ,tolerantlığın və bərabərliyin siyasi fəlsəfəsidir;
3. Mutlikulturalizm etnik, mədəni, irqi,dini və dil müxtəlifliyinin tanınmasına və idarə edilməsinə istiqamətlənmiş siyasətdir;
4. Multikulturalizm müxtəlifliyin ictimai diskursa qəbul edilməsi, ictimai fikirdə tanınması,dəyər verilməsi və cəmiyyətə çatdırılmasıdır.
Müəlliflər qeyd edirlər ki, bəzilərinə görə multukulturalizm demoqrafik plüralizmi əks etdirən deskriptiv(təsviredici)termindir. Bu cür plüralizm Kanada və İsveçrədə olduğu kimi etno-linqvistik icmaların, Hindistan və Malayziyada olduğu kimi etnik-dini icmaların birgəyaşayışında və ya Meksika və Avstraliyada olduğu kimi aborigenlərlə azlıq-çoxluq münasibətlərində üzə çıxa bilər.Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada "Homo sapiens" (ağıllı insan) tipli insandan "Homo culturalies"( mədəni insan) tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir fikrini irəli sürməyə başlamışdır. Bunun səbəbidir ki , artıq Avropa ölkələrinin bir çoxu multikulturalizm anlayışından daha çox interkuturalizmə keçid etməyə başlamışdır.İndi isə multikulturalizmi ölkələr üzərindən nümunə göstərərək izah etməyə çalışaq. Ümumiyyətlə son on ildə Belçika, Finlandiya, Yunanıstan, Norveç,Portuqaliya, İspaniya və İsveç kimi ölkələrdə multikulturalizm siyasəti güclənmişdir. Avropa ölkələrində multikulturalizm birbaşa immiqrantlarla bağlıdır və daha çox bu istiqamətdə anlaşılır.
İngiltərədə bəzi siyasətçilər multikulturalizm terminindən istifadə etməkdən son vaxtlarda çəkinirlər. Daha çox plüralizm, müxtəliflik, mədəniyyətlərarası dialoq və ya ictimai inteqrasiya kimi ifadələrdən istifadə edirlər. Derek McGhee-nin ifadəsi ilə İngiltərədə multikulturalizm prinsiplərindən uzaqlaşmaq yerinə daha çox multikulturalizm terminindən uzaq durma tendensiyasının yarandığı gösrənir. İngiltərədə 3 milyona yaxın müsəlman yaşayır. İngiltərədə anqlosakson mentalitetinə və hüquq sisteminə müvafiq şəkildə Almanya və Fransadan fərqli olaraq multikulturalizm burada assimlyasiya funksiyasını törətmir. Çünki multikulturalizm siyasəti imperatorluq olan İngiltərə üçün əsas şərtlərdən biridir. Məhz hər hansı bir dinə və etnik qrupa mənsub insan burada asanlıqla dövlət məmuru ola bilir. İngiltərədə vətandaşların sivil cəmiyyət ilə inteqrasiyasına dair sosial demokrat ifadə tərzi sağ muhafizəkarların ifadə tərzlərindən daha əhatə edici olması ilə fərqlənməkdə və multikulturalizm ritorikasından daha uzaq durularaq multikulturalizm sonrası terminindən istifadə olunur. Məhz Marqret Tetçer vaxtında multikulturalizm, muhafizəkar olduğuna görə “ölü bir qanun” halına gəlmişdi.İngiltərədə tətbiq olunan immiqrantlar ilə bağlı hüquqlar qanununa görə bərabərsizlik sadəcə şəxsin öz nəzarəti və ixtiyari xaricində müxtəlif vəziyyətlərin nəticəsi deyil, bu eyni zamanda sosial şərt və tarixi şərtlər baxımından fərdləri köçməyə vadar edən səbəblərin nəticəsidir də.
Almanyada multikulturalizm 1989-cu ildə Berlin divarının yıxılması ilə daha da inkişaf mərhələsinə qədəm qoydu. İmmiqrantlar Almanyada əhalinin 19 faizini təşkil edir. Almanyada alman olma anlayışı hələ də güclü olduğu üçün immiqrantların alman mədəniyyətinə adaptasiya oolması üçün assimliyasiya siyasətini daha çox tətbiq edirlər. Almanya da alman olmayanlar “xaricilər” adlandırılır. Bu ifadə xususi mahiyyət daşıyır. Bu mənada irqçilik Almanyada hələ də mövcuddur. Almanyada ciddi mənada multikulturalizm müzakirələri və mübahisələri aparılır. Hələ 1999-cu ildə Almanyada vətandaş olmaq üçün ana və atadan birinin alman olma qanunu ləğv edildi. Parlament də 2010-cu ildə ikili vətandaşlığı ləğv etdi.
Fransada milli kimlik məsələsi assimlyasia edici mahiyyət kəsb edir.Fransada Sarkozi dövründə müsəlman qadınlar üçün niqabın qadağan olunması,ümumiyyətlə müsəlman qadınların örtünməsi istiqamətindəki problemlər multikulturalizm mövzusunda təyin edici rola malikdir. Bütün multikulturalizm mübahisələr Fransada qadının örtünməsi ətrafında davam edir. Fransa multikulturalizm məsələsində ciddi çətinliklər ilə qarşı-qarşıyadır.Fransada hal-hazırda Fransız tipli bir multikulturalizm modelinə ehtiyac olunduğu vurğulanır. Məhz 2005-ci ildə iki afrikalı gəncin polisdən qaçarkən ölümləri ve meydana gələn üsyanlar ciddi şəkildə multikulturalizmə Faransada zərbə vurmuşdur.
Kanadada immiqrantların vəziyyəti Avropa və Amerikaya nisbətlə daha idealdır. İmmiqrantların uşaqlarının təhsili, miqrasiyanın faydalı olduğunu iddia etmələri, müsəlmanlar haqqında daha az qərəzli fikirlərə malik olmalarına istinad edir. Bu eyni zamanda Kanadaya köçən immiqrantların intellektual və yüksək əmək fəaliyyəti səviyyəsindən də asılıdır.
Avstraliyada da Kanada kimi multikulturalizm siyasəti və vətəndaşlığa istinad edən inteqrasiyanın inkişaf etdiyi ölkələrdən ən önəmlisidir. İngilis dilinin öyrənilməsi və liberal dəyərlərin qəbul edilməsi Avstraliyada multikulturalizmin əsaslarıdan biridir. Məhz Avstraliyada multikulturalizm bütün insanlara bərabərhüquqlu davranılmasını istər və fərqli mədəniyyətlər liberal dəyərləri qəbul etdikləri zaman bir yerdə mövcud ola bilərlər. 1980-ci ildə isə Avstralitada multikulturalizm qanunu qəbul olunmuşdur.Yerli xalqlar ilə bağlı Kanada və Avstraliyadakı aborgenlər, Amerikadakı Qızıldərililər üçün 1960-cı illərin axırlarından etibarən torpaq mülkiyyəti haqları, muxtariyyət, öz ənənəvi hüquqlarının tanınması istiqamətində multikultural vətəndaşlıq modelləri ortaya çıxmışdır. Kanada da kvebeklər üçün ciddi şəkildə imtiyazlar mövcuddur. Kanadaya immiqrantlar müxtəlif ölkələrdən gəlir və etnik baxımdan bu fərqlilik 15 faizi keçmir. Kanadada immiqrantların işləməyib dövlət yardımıyla yaşamaları da etiraz ilə qarşılanmaqda və bu “səxavətli xəyanət” olaraq qiymətləndirir.
ABŞ-da tək mədəniyyətlilik düşüncəsi müxtəlif yerlərdən gələn immiqrantları, etnikləri, assimilyasiya edərək “melting pot” (əridən qazan) adlandırdıqları, yəni immiqrantların dəyərlərini tərk etmələrini, kimliklərindən və həyat tərzlərindən vaz keçmələrini ortaya çıxardır. Belə bir ayrıseçkilik, siyasi hərəkatın da baş verməsinə səbəb oldu. Martin Luther King və ya Malcolm kimi şəxslər tərəfindən idarə olunan “Civil Rights Movement”, ya da “Black Pride” hərəkatı tərtəfindən idarə olunurdu.ABŞ-dakı melting pot adlandırılan model bəzilərinə görə assimlyasiyanın ABŞ-dakı adıdır. Bu nəzəri olaraq doğru deyil. Bunun yerinə mədəniyyətlərin adətən bir təkamül keçirərək yeni bir ortaq mədəniyyət yaratması əsasına dayanır.ABŞ-da multikulturalizm eyni zamanda cəmiyyətdən uzaqlaşan, etnik məzmun və mahiyyəti olmayan sosial qrupları da əhatə edəcək şəkildə başa düşülür.
1970-ci ildən etibarən 3-cü dünya ölkələrindən ABŞ-a miqrasiya başladı və bu multikulturalizmin burada başqa cürə meydana çıxmasına səbəb oldu. Yerli xalq bugün şimali amerikada və avstraliyada etnik azlıq halına gəlmişdir. Afrikadan gətirilən kölələrin də əlbəttə ki, burada rolu böyükdür.
Afroamerikan tipinin ortaya çıxması və hal-hazırda Barak Obamanın prezidentliyi multikulturalizmin nəticıəsidir. Dünyada mövcud olan 206 ölkə arasında sadəcə bir ölkədə 3 paytaxt, 11 rəsmi dil, və 5 fərqli dildə sözləri olan milli marş mövcuddur. Bu Cənubi Afrika Respublikasıdır. Burada Pretoria, Cape Town, Bloemfontein paytaxtları mövcuddur. Üç fərqli dövlətin birləşməsi ilə bu yaranmışdır. İngiltərə baş naziri David Kameron və Almanya federal kansleri Angela Merkelin multikulturalizmin iflasa uğraması ilə bağlı bəyantları həm siyasət,həm də akademik mühitdə birmənalı qarşılanmadı. Belə ki, multikulturalizm qərbdə demokratik dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edir. Bu siyasətçilər daha çox indiki multikulturalizm anlayışından post-multikultural anlayışa keçidi dilə gətirmək üçün iflas ifadəsindən istifadə etdilər. Artıq yeni dünya multikulturalizm anlayışında da reformlar aparılmasını labüd edir. Burada qeyd etmək lazımdır ki, nə yerli xalqlar, nə də milli azlıqlar üçün multikultural vətandaşlığa mənsub olmadan geriyə addım atılmamışdır. Əksinə torpaq mülkiyyəti hüquqları, muxtariyyətlilik və yerli xalqların ənənəvi hüquqi sistemləri Qərb demokratiyasında yeri vardır. BMT-də 2007-ci ildə Yerli Xalqların Hüquqları bəyannaməsi qəbul edilmişdir. Bugün Kataloniyada regional muxtariyyətin İspaniyada demokratiyanın inkişafında, yerli xalqlara tanınan hüquqların Latın Amerikada demokratik vətandaşlığın daha da dərinləşməsinə kömək etməsini heç kim inkar edə bilməz.
Rusiyada multikulturalizmin meydana gəlməsinin əsas tarixi şərtlərindən biri budur ki, Rusiya xüsusən orta əsrlərdə bir sıra qonşu xalqlar ilə iqtisadi və siyasi münasibətlərdə olmuşdur. Multikulturalizm kontekstində Rus milli kimliyinin formalaşmasında əsas səbəblərdən biri də provaslav-xristian məzhəbidir. Məhz Osmanlı tərəfindən Şərqi Bizansın süqut etdirlməsi ilə III İvan öz imperiyasını “üçüncü Roma” adlandırır və missioner-universal mənada bir kimlik yaratmaqla bunu edir. Pyotr dövründə isə Rusya daha çox avropalaşmaq siyasətini əsas alır. Pyotrdan əvvəlki “müqəddəs çar” anlayışı yerinə “dünyəvi çar” məfhumu almağa başlayır. Tarixdə pan-slavizm rusyada çox güclü olmuşdur və bu sayədə onlar imperiyalarını möhkəmlətmişlər. Sovet dövründə ruslaşdırma siyasəti daha çox yerinə yetirilirdi. Məhz Lenin “Rusiya Xalqaları Deklarasiyasını” meydana gətirməklə sovet ittifaqında multi-etnik ictimai transformasiyanın yarandığını iddia edirdi. Hətta bu “homosovieticus” olaraq da bilinir. Putin dövründə ilkin 2000-2008-ci illərdə Rusyada siyasət qədim rus simvolları ilə sovet dövrünün sintezinə istinad edilərək həyata keçirilməyə başlanılmışdır. Qafqazadək etnik problemlər hər zaman Rusya üçün təhlükə sayılır və bu hal-hazırda da belə davam edir. Rusya sovet ittifaqı dağıldıqdan sonra ənənəvi-dini modeli mənimsəmişdir. X-cu əsrə aid iki başlı Bizans qartalı simvolu Çar Rusiyasında olduğu kimi hal-hazırda da Rusiya Federasiyasında simvol olaraq istifadə olunur.Rusiyanın bir çox regionlarında əmək miqrantlarına böyük ehtiyac vardır.Azərbaycandan Rusiyaya miqrasiya prosesinin indiki mərhələsi 1990-cı illərin sonunda başladı. Bu əsasən iqtisadi səbəbdən irəli gəlir. Hal-hazırda Rusiyada 1,5 milyondan 2,5 milyonadək Azərbaycanlı miqrant yaşayır.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və nümayəndələrin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi dünyada məhşurlaşıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilməkdə qalmamış, həmdə Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşatmaqda davam edir.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə baxsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Bu ifadədən belə bir nəticəyə gəlmək olar ki, müxtəlifliyindən aslı olmayaraq bir insan Azərbaycanlıdırsa deməli digərləri ilə eyni hüquqa malikdir . Çünki bu torpaqlarda yaşayan hamı Azərbaycançılıq çardağı altında birləşir.Bu məqsədlə Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır .İndi isə Azərbaycanın multikulturalizm siyasətinin uğurluluğundan bəhs edən siyasətçilərin bəziləri ilə tanış olaq.
Mətin Tağızadə,
Azərbaycan Dillər Universitetinin tələbəsi