Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi
  • Cəmiyyət / Maraqlı

  • Qubada Birinci Qarabağ müharibəsi şəhidi Azad Məmmədovun atası İbrahim Məmmədov 83 yaşında dünyasını dəyişib.

    Leqal.az Bizim.Media-ya istinadən xəbər verir ki, mərhum Quba şəhər qəbristanlığında dəfn olunub.

    Qeyd edək ki, şəhid Azad Məmmədov 1992-ci il oktyabrın 30-da Ağdərə rayonunun Qozlu kəndində hərbi hissə rəhbərliyinin xüsusi tapşırığını yerinə yetirərkən qəhramancasına şəhid olub.

    Onun adı Quba şəhərindəki 2 saylı məktəb-liseyə verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər