Mətbuat Şurasının növbədənkənar prezident seçkiləri ilə bağlı yaratdığı “qaynar xətt” rejimi fəaliyyətini başa vurub.
Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, gün ərzində səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Şuranın bu rejimdə işləmiş (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə cəmi bir müraciət daxil olub. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah edilib. Qeyd edək ki, “qaynar xətt” rejimi səsvermənin başlandığı 08.00-dan, başa çatdığı 19.00-dək jurnalistlərin ixtiyarında olub.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. Şuranın sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ sədrinin müavinlərindən Səadət Məmmədova 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 37 saylı məntəqəsində, Vüqar Zifəroğlu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, MŞ İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Akif Aşırlı Yasamal Birinci Seçki Dairəsindəki 28, 29 və 30 saylı seçki məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 28, 29, 31 və 32 saylı seçki məntəqələrində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aydın Quliyev 22 saylı Yasamal Seçki Dairəsinin 30, 31 və 35 saylı seçki məntəqələrində, Qulu Məhərrəmli həmin dairənin 5 və 6 saylı məntəqələrində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Bəhruz Məmmədzadə 48 saylı Abşeron Seçki Dairəsinin müxtəlif məntəqələrində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiklərini qeydə alıb, mövcud istiqamətdə heç bir problem aşkarlamayıblar.