İki dövlət  arasında dostluq  əlaqələri

İki dövlət  arasında dostluq  əlaqələri
  • Cəmiyyət

  • Dünyanın yeni təlatümlər və dəyişikliklər dövrünə qədəm qoyduğu bir vaxtda narahatlıq doğuran bütün qlobal məsələlərin beynəlxalq münasibətlər sistemində mövcud olan ənənəvi yanaşmalarla həll edilməsi mümkünsüz görünür. Bu fonda Şanxay Əməkdaşlıq Təşkilatı alternativ hərtərəfli əməkdaşlıq platforması kimi təqdim edilir. 2001-ci ildə yaranan Şanxay Əməkdaşlıq Təşkilatı ciddi transformasiya yolu keçib. Hazırda doqquz üzvü olan təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. 
                 
    Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. 

    Şanxay Əməkdaşlıq Təşkilatı da öz fəaliyyətində demokratik prinsiplərə, dövlətlər arasında qarşılıqlı etimada və qonşuluq münasibətlərinə, siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün səylərin birləşdirilməsinə əsaslanan bir orqan kimi üzv dövlətlərin əlaqələndirilməsində, vacib problemlərin müzakirə edilib aradan qaldırılmasında mühüm rol oynayır. 
                 
    Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq, onun fəaliyyətində yaxından iştirak edir. Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “Terrorizm, ekstremizm və separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik və sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir”. 
                 
    16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı Zirvə görüşünün “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr edilməsi bu günümüz üçün vacib və böyük əhəmiyyətə malik məsələdir. Məqalədə Cənab İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşləri, əlbəttə ki, ölkəmizin gələcək inkişafı və təhlükəsizliyi mövzusu, Prezidentin çıxışları, Azərbaycanın yeni dövr hədəfləri və xarici siyasətinin prioritetləri təhlil olunur. 

    Həmçinin, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakının hər tərəfli analizi və bu təşkilatın miqyası və qlobal əhəmiyyəti işıqalndırılır. Məqalədə Prezidentin internet saytından, siyasi ekspertlərin telekanallara və xəbər saytlarına verdiyi müsahibələrdən, Azərbaycanın internet resurslarından istifadə olunub.
             
    ŞƏT-in bir təşkilat kimi güclənməsinə baxmayaraq, bu gün, həmçinin bir sıra çağırışlarla üz-üzə olduğunu da deyib. Bildirib ki, ŞƏT ölkələrinin bu gün qarşılaşdığı ən ciddi problemlərdən biri iqlim və ətraf mühit məsələsidir. Xüsusilə Mərkəzi Asiya regionu iqlim dəyişikliyinə qarşı həssasdır, qlobal istiləşmə və dəyişkən hava şəraiti bölgə ölkələrinin ekosistemlərini pozur. Xəzər dənizinin suyunun çəkilməsi və çirklənməsi, Mərkəzi Asiyada buzlaqların, Sırdərya və Amudərya hövzələrində suyun həcminin azalması, Aral gölünün quruması arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu baxımdan Astana Sammitində COP29-a ev sahibliyi edəcək Azərbaycan xüsusi diqqət mərkəzində olacaq.




    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis 

    PAYLAŞ:

    Oxşar xəbərlər