“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir
  • Cəmiyyət

  • Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilir.

    Layihə çərçivəsində sentyabrın 6-da Cəlilabad və Yardımlı rayonları ərazisində yerləşən dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib.

    Aksiyada din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər