“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə respublikamızda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası iyulun 19-da Tovuz, Qazax, Şəmkir, Gədəbəy və Ağstafa rayonlarında yerləşən dini ibadət yerlərinin ətrafında davam etdirilib.

    Din xadimləri və dini icmaların nümayəndələrinin iştirak etdikləri aksiyada adıçəkilən rayonlardakı məscidlərin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.

    Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

    PAYLAŞ:

    Oxşar xəbərlər