“Yaşıl gələcək naminə” yaşıllaşdırma aksiyası Oğuz və Qəbələ rayonlarında davam etdirilib

“Yaşıl gələcək naminə” yaşıllaşdırma aksiyası Oğuz və Qəbələ rayonlarında davam etdirilib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə respublikamızda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası iyulun 12-də Oğuz və Qəbələ rayonlarında yerləşən dini ibadət yerlərinin (məscid, kilsə, sinaqoq) ətrafında davam etdirilib.

    Din xadimləri, eləcə də İslam və qeyri-islam dini icmaların nümayəndələrinin iştirak etdikləri yaşıllaşdırma aksiyasında adıçəkilən rayonlardakı dini ibadət evlərinin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.

    Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

    PAYLAŞ:

    Oxşar xəbərlər