Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı Fərman imzaladı

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı Fərman imzaladı
  • Cəmiyyət / Maraqlı

  • Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Leqal.az xəbər verir ki, Fərmanda deyilir:

    1. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

    1.1. adında “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

    1.2. 3-cü hissəyə “vahidi” sözündən sonra “, Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələrin işçilərinin say həddi 435 ştat vahidi” sözləri əlavə edilsin;
    Ətraflı
    Ad - 00:24

    1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə” üzrə:

    1.3.1. 8.23-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “açıqlanmasını” sözü “təşviqini” sözü ilə əvəz edilsin;

    1.3.2. 11-ci bəndin birinci cümləsində “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

    1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu”nun 2-ci hissəsində “Respublikasının” sözü “Respublikası Gənclər və İdman Nazirliyinin” sözləri ilə əvəz edilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər