1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur.
Şanlı tariximizin həmin dövründə Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsində ilk parlament və hökumət yaradılmış, ölkənin bayrağı, himni və gerbi qəbul edilmiş, ana dili dövlət dili elan edilmiş, mədəniyyət, maarif, dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, ilk universitet təsis olunmuş, milli ordu quruculuğuna başlanılmışdır.
Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Xalq Cümhuriyyəti qurulduqdan dərhal sonra yaradılan dövlət orqanlarından biri də Ədliyyə Nazirliyi olmuşdir. Yeni formalaşdırılan hökumət ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verərək öz işinə lik növbədə ədalət mühakiməsinin təşkili ilə başlamışdlr. 1918-ci ilin oktyabrın 1-də Nazirlər Şurası Bakı dairə məhkəməsinin, o cümlədən prokurorluğun fəaliyyətini bərpa etmiş, həmin ilin noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Nazirlik ilk növbədə öz işini ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələri məhkəmə aparatları tədricən bərpa olunmuş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır. Hökumətin 11 avqust 1919-cu il tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tabeliyində olan həbsxanalar Ədliyyə Nazirliyin tabeliyinə verilmişdir. Kadrlara olan tələbat nəzərə alınaraq hüquq kursları ölkənin müxtəlif regionlarından gənc, savadlı insanlar həmin kurslara cəlb edilir.
1920-ci ildə Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılır. Onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, onlara rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlər orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci il tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilir və bununla da Azərbaycan ədliyyəsinin tarixində yeni bir mərhələ başlanmış olur.
Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ədliyyə orqanlarının inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu qayğının təzahürü olaraq ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Bundan əlavə bu müddətdə ədliyyə nazirliyinin fəaliyyəti üçün qanunvericilik əsaslı surətdə yenilənmiş, ədliyyənin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin ideya və amallarını davan etdirmiş, ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşmiş, yeni uğurlara imza atmışdır.
Cənab İlham Əliyevin Prezidentliyi dövründə ədliyyə təşkilatlarının məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. Azərbaycan ölkə rəhbərinin rəhbərliyi altında dünyanın inkişaf edən ölkələri sırasında irəliləyir.
Noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan doğma Şuşa şəhəri düşmən tapdağından azad olunduğunu elan etdi.
Bu gün Azərbaycan xalqı ikiqat bayramı qeyd edir.
30 ilə yaxın müddət ərzində hər bir azərbaycanlının ümdə arzusu Qarabağın azad olunması, şanlı bayrağımızın doğma torpaqlarımızda dalğalanması olub. Artıq o gün gəlib çatdı və işğaldan azad olunan bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.
Tarixi ədalətin bərpası - işğal edilmiş ərazilərin qaytarılması, bütün dünyada Azərbaycanın tarixi və mədəniyyəti haqqında obyektiv fikir formalaşması ilə bağlı Ali Baş Komandanın qarşıya qoyduğu və uğurla gerçəkləşdirdiyi məqsədlər Vətənimizin ən yeni tarixinin formalaşmasına mühüm töhfədir.
İlqar MƏHƏRRƏMOV,
Masallı Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri.