2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür.
LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, gənc rəssam və heykəltəraş Müstəqil Balayev bu münasibətilə Ulu öndər Heydər Əliyevin barelyefini hazırlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il “Heydər Əliyev İli” ilə bağlı sərəncam imzalayıb.