Azərbaycan xalqı Türkiyə üçün səfərbər olub

Azərbaycan xalqı Türkiyə üçün səfərbər olub
  • Cəmiyyət

  • Qardaş Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı hamımızı kədərləndirmişdir. Bu faciə bütün Azərbaycanlıları dərindən sarsıtdı. Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da ,dəhşətli faciədir. 
               
    Türkiyənin dərdini dərdimiz kimi qəbul etdik.Hər zaman olduğu kimi, qardaş Türkiyənin bu çətin və dar günündə yanında olan ilk ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib. Eyni zamanda fevralın 8-də Prezident İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”. 

    Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir.  Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. Zəlzələ zonasına say etibarı ilə ən çox Azərbaycanın xilasedici qrupu və hərbi tibb personalı ezam olunub. Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Türkiyəyə edilən yardımların əsas özəyini Azərbaycan xalqı təşkil edir.  Xalqımız könüllü şəkildə qardaş köməyini Türkiyə üçün edir.Ölkəmizin bütün bölgələrində olduğu kimi, dogma Masallımız da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəməmişdir.

    Zəlzələdən zərər çəkənlərə yardım məqsədilə “Dərdiniz dərdimizdir” məntəqəsi yaradılmışdır.Zəlzələ baş vermis zonaya  yardımla dolu iki Tır yola salınmışdır. Masallı rayonunda toplanmış yardımların birbaşa Türkiyəyə göndərilməsi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilmişdir. Masallı rayon sakinləri Türk qardaşlarımıza 187 min manatlıq yardım göndərmişdir. Bu yardımlar könüllü  şəkildə həyata keçirilir. Kimin imkanı nəyə çatırsa, əlindən gələni əsirgəmir.Milli birlik və həmrəylimiz heç vaxt sarsılmayacaq.Səninləyik, Türkiyə!




    Ağayev İlham,
    Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər