Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 676 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 290, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 903 469, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 027, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 566, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 519 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər