Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 788 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 159, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 902 183, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 683, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 045, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 447 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər