Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 942 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 64 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 900 619, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 401, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 382 536, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 330 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər