Azərbaycanda 108 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda 108 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 821 865 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 228 nəfər müalicə olunaraq sağalıb, 9 925 nəfər vəfat edib, aktiv xəstə sayı 712 nəfərdir.

    Ölkədə son sutka ərzində 3 863, hazırkı dövrədək isə 7 264 095 test aparılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər