Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana rəsmi səfər edəcək.
Leqal.az NTV-yə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək.
Səfər zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə olunacağı gözlənilir.
Həmçinin Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı da müzakirə mövzuları arasındadır./qafqazinfo