Vətən müharibəsi şəhidinin atası vəfat etdi

Vətən müharibəsi şəhidinin atası vəfat etdi
  • Cəmiyyət / Maraqlı

  • Vətən müharibəsi şəhidi Anar Yusifovun atası Sərxan Yusifov vəfat edib.

    O, ötən gecə dünyasını dəyişib.

    Məlumata görə, Sərxan Yusifov bir müddət əvvəl açıq ürək əməliyyatı keçirmişdi.

    Qeyd edək ki, Ağdamın Sarıcalı kəndindən olan Yusifov Anar Sərxan oğlu 1991-ci mayın 9-da anadan olub. Vətən müharibəsinə könüllü olaraq qatılıb, 2020-ci il oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Anar Yusifovun qardaşı Müşfiq Yusifov da döyüşlərdə könüllü olaraq iştirak edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər