Türkiyyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanın çıxışından önəmli mesajlar

Türkiyyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanın çıxışından önəmli mesajlar
  • Cəmiyyət

  • Bakıda 28 may 2022-ci il tarixində TEKNOFEST-Azərbaycan aerokosmik və texnologiyalar festivalı keçirilib. Festivaldada Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər.

    Azərbaycan respublikası artıq dünya miqyasında bir çox sahələr üzrə öz sözünü demiş, hesablaşılan bir dövlətə çevrilmişdir. Dövlətimiz hər gün daha da çiçəklənir gözəlləşir, bütün dünyaya güclü bir dövlət olduğunu laiqincə isbat edir. Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir. Hər şeyin bir sonu olduğu kimi, xalqın da səbrinin sonu gəldi və dövlətimiz 44 günlük müharibə ilə bütün dünyaya Azərbaycan xalqının necə qəhrəman xalq, necə mübariz xalq olduğunu sübut etdi.

    2-ci Qarabaq müharibəsindən sonra, demək olar ki, bütün dünya ölkəmizi tanıdı haqq yolunda atdığımız addımları təqdir etdi. Bütün bunlar ölkə prezidentinin uğurlu və dəqiq siyasətinin nəticələridir. 

    Bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, müsabiqələr və yarışlar sadaladıqlarımızın bariz nümunəsidir. 
    Heç danılmaz həqiqətdir ki, Azərbaycan respublikası hər il yüzlərcə bu kimi tədbirlərə ev sahibliyi edir. Hər il on minlərlə xarici ölkə vətəndaşları ölkəmizə gəlir, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olur, istər işğaldan azad olunmuş ərazilərimizə istərsədə Azərbaycanın digər dilbər guşələrinə turist səfərləri təşkil edirlər. 

    Bu kimi tədbirlərdən biri də TEXNOFEST-Azərbaycan aerokosmik və texnologiyalar festivalıdır. Festivalda qardaş ölkə olan Türkiyyə respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdogan da çıxış etmişdir. Türkiyyə Prezidenti öz çıxışında iki ölkə arasında olan bağların, münasibətlərin istər iqtisadi istərsə də siyasi  sahədə bir-birinə ən yaxın ən əvəzsiz yaxınığın önəmini vurğulamışdır.

    Prezident Rəcəb Tayyıb Ərdoğan bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edtdiyini,  Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbətin daha da sağlamlaşdığını, birlik və bərabərliyimizi daha da möhkəmləndirməli olduğumuzu xüsusi vurğulayaraq “Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur” deyə nitqini davam etdirdi.Sonra aramızdakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin bu gözəl misraları ilə ifadə etdi.

    Ceyhun Hüseynov,
    Masallı şəhər sakini, tibb işçisi


    PAYLAŞ:

    Oxşar xəbərlər