Külək istiqamətini dəyişəcək - Sabahın HAVA PROQNOZU

Külək istiqamətini dəyişəcək - Sabahın HAVA PROQNOZU
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan ərazisində aprelin 14-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz  5-10 dərəcə isti olacaq.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər