Şəhid Ağacavad Mütəllimzadənin atası vəfat etdi

Şəhid Ağacavad Mütəllimzadənin atası vəfat etdi
  • Cəmiyyət / Maraqlı

  • Vətən müharibəsi şəhidi Ağacavad Mütəllimzadənin atası vəfat edib.

    “Leqal.az”ın məlumatına görə, şəhidin atası Ələsgər Mütəllimov ötən gün yaşadığı Maştağa qəsəbəsində dünyasını dəyişib.

    Ə.Mütəllimovun ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

    Qeyd edək ki, 1997-ci il təvəllüdlü Ağacavad Mütəllimzadə 2020-ci il oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub və Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. O, Vətən müharibəsindəki şücaətlərinə görə bir neçə medalla təltif edilib.

    qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər