Qəlyanaltı üçün ən universal və sağlam qida açıqlandı

Qəlyanaltı üçün ən universal və sağlam qida açıqlandı
  • Cəmiyyət / Maraqlı

  • Qəlyanaltı üçün universal və sağlam qida qoz-fındıqdır.

    Bu barədə amerikalı diyetoloq Cessila Boll öz tövsiyələrində deyib.

    O bildirib ki, ən ideal qəlyanaltı - daşınması əlverişli və demək olar ki, istənilən mühitdə yeyilə bilənidir və qoz-fındıq bu məsələdə əvəzedilməzdir. Diyetoloqun fikrincə, bu məhsul rahatlıqdan əlavə, yaxşı dad və bir çox faydalı xüsusiyyətlərə malikdir.

    Qoz-fındıq insanı tox saxlayan yağ, lif və zülalla zəngindir. Bundan əlavə, onların tərkibində bədənin optimal işləməsi üçün zəruri olan maqnezium, E vitamini, sink və fol turşusu var. Müntəzəm olaraq qoz-fındıqla qəlyanaltı etmək ürək sağlamlığını yaxşılaşdırmağa və diabet riskini azaltmağa kömək edir.

    Aclıq çox güclüdürsə, Boll qoz-fındıqlara quru meyvə, alma, pendir və ya tünd şokolad əlavə etməyi təklif edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər