Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 104 il ötür

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 104 il ötür
  • Cəmiyyət / Maraqlı

  • Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı – 31 mart soyqırımından 104 il keçir.

    Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti”nin daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman azərbaycanlıların “sovet hakimiyyətinə qarşı çıxması” bəhanəsi ilə Bakıda və ətraf kəndlərdə, eləcə də daha sonra Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda, Qarabağın azərbaycanlı kəndlərində törətdiyi qırğınlarda minlərlə insan – müsəlman-türklər, habelə digər millətlərdən olanlar (ləzgilər, talışlar və s.) qətlə yetirilmişdi.

    1918-ci il qırğınlarının ən qanlısı martın 31-də Bakıda yaşanmışdı. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin bir hissəsini xarabalığa çevirmişdilər...

    Prezident Heydər Əliyev 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bu acı hadisələrə və ümumilikdə XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiyaya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində davam etməsi təhlil olunub. Fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər