Şəhid Xəqani Məmmədovun doğum günü qeyd olundu

Şəhid Xəqani Məmmədovun doğum günü qeyd olundu
  • Cəmiyyət / Maraqlı

  • Əslən Zəngilan rayonundan məcburi köçkün ailəsində dünyaya göz açan, Şirvan şəhərində doğulub boya-başa çatan Vətən müharibəsinin şəhidi Məmmədov Xəqani Füzuli oğlunun bu gün doğum günü qeyd edilib.

    “Leqal.az” xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Şirvan şəhərinin və Zəngilan rayonunun ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və şəhidin ailə üzvləri Şirvan şəhər Şəhidlər Xiyabanında “Şəhid anası” memorial abidə kompleksini və şəhid məzarlarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.

    İcra başçısı İlqar Abbasov şəhid Xəqani Məmmədovun məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib.

    Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.

    Sonra “Ağsaray” şadlıq evində şəhid Xəqani Məmmədovun doğum günü münasibətilə mərasim keçirilib, ruhuna ehsan verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər