Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 914 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza vaksin vurduranların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 362 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 073, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 072, üç və daha çox doza vaksin vurduranların sayı 3 021 324, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 025 təşkil edir.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər