Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 141 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 502, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 170, üç və daha çox doza vaksin vurduranların sayı 29 929, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 940 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 864 217, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 290 799, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 778 777, üç və daha çox doza vaksin vurduranların sayı 2 596 563, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 198 078 təşkil edir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər