Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17 574 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Gün ərzində birinci doza vaksinlərin sayı 868, ikinci doza vaksinlərin sayı 1 729 təşkil edib.

    Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 14 072-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 905 olub.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 303 938, birinci doza peyvəndlərin ümumi sayı 5 316 267, ikinci doza vaksinlərin sayı 4 807 323 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 959 219, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 221 129 olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər