D vitamini çatışmazlığı: Nəticələri və aradan qaldırılması yolları

D vitamini çatışmazlığı: Nəticələri və aradan qaldırılması yolları
  • Cəmiyyət / Maraqlı

  • Endokrinoloq, dietoloq Viktor Jilyaev orqanizmdə D vitamini çatışmazlığının təhlükəli nəticələrini və bu çatışmazlığı aradan qaldırmağın yollarını açıqlayıb.

    Qışdan sonra orqanizmdə D vitamini səviyyəsinin çox vaxt aşağı olduğunu qeyd edən mütəxəssis bunun problemlərə yol aça biləcəyini qeyd edib.

    “D vitamini çox sayda funksiyanı yerinə yetirir - ilk növbədə, qidadan kalsiumun normal mənimsənilməsinə kömək edir. Ancaq D vitamininin səviyyəsi azalarsa, kalsium səviyyəsi də aşağı düşür, bədən onu sümüklərdən almağa başlayır. Bu zaman sümüklər zəifləyir və cüzi sarsıntı nəticəsində belə qırılır”, - deyə həkim bildirib.

    Belə bir çatışmazlığın qarşısını almaq üçün diyetoloq bütün il boyu vitamin və mineral kompleksləri qəbul etməyi məsləhət görüb.

    “Yayda dənizə, təbii günəş işığının kifayət qədər olmadığı günlərdə isə solaryuma getməyə dəyər. Amma bu halda prosedurun müddəti nəzərə alınmaqla hər bir şəxs üçün fərdi proqram tərtib edilməlidir”, - Jilyaev əlavə edib.

    Mənbə: moslenta.ru
    PAYLAŞ:

    Oxşar xəbərlər