Azərbaycanda son sutkada 34 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Azərbaycanda son sutkada 34 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. 

    Azərbaycanda indiyədək ümumilikdə 791545 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781202 nəfər müalicə olunaraq sağalıb, 9666 nəfər vəfat edib, aktiv xəstə sayı 667 nəfərdir.

    Ölkədə son sutka ərzində 2741, hazırkı dövrədək isə 6671287 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər