Bir gündə koronavirusa 78 yeni yoluxma aşkarlanıb, 5 nəfər vəfat edib

Bir gündə koronavirusa 78 yeni yoluxma aşkarlanıb, 5 nəfər vəfat edib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Leqal.az"a verilən xəbərə görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 791 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 956, ötən müddət ərzində isə ümumilikdə 6 666 040 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər