ABŞ-da “Xocalı Soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” başlıqlı kitabça nəşr olunub

ABŞ-da “Xocalı Soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” başlıqlı kitabça nəşr olunub
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin səyləri ilə “Xocalı Soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” başlıqlı kitabça nəşr olunub.

    Səfirlikdən “Leqal.az”a verilən məlumata görə, kitabçanın 25 fevral tarixində ABŞ-ın nüfuzlu Kennedi Mərkəzinin “Ədalət Forumu” zalında Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş anım tədbirində ilk təqdimatı keçirilib.

    Qeyd edilən nəşrdə ABŞ-ın nüfuzlu The Washington Post, The New York Times, The Wall Street Journal, Los Angeles Times, The Boston Globe, Chicago Tribune, The Philadelphia Inquirer və s. mətbu orqanlarında nəşr olunmuş məqalələr, qərb müəlliflərinin kitablarından çıxarışlar və beynəlxalq hesabatlardan yazılar əks olunub. Müvafiq məqalələr ABŞ Konqresinin kitabxanasının arxivindən toplanıb.

    Nəşrin ABŞ-da aidiyyəti dövlət qurumlarına və Konqresə təqdim edilməsi nəzərdə tutulur.

    Kitabça ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür:

    https://washington.mfa.gov.az/files/shares/5mb.pdf
    PAYLAŞ:

    Oxşar xəbərlər