Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 41 214 vaksin vurulub.

    “Leqal.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 530, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34 088, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 418 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 12 720 225, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 280 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 772 019, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 477 911, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 189 902 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər