Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 40 398 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 973, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 33 311, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 156 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 777 007, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 566 634, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 196 138 nəfər təşkil edir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər