Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 400 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 30 600 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 748 738, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 158 266 təşkil edir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər