Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 775 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 702 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 372, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 048, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 326, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər