Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı azaldı

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı azaldı
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər