"Müasir gənclikdə psixologiya" mövzusunda onlayn seminar keçirildi

"Müasir gənclikdə psixologiya" mövzusunda onlayn seminar keçirildi
  • Cəmiyyət

  • İyulun 27-si Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə "Müasir gənclikdə psixologiya" mövzusunda onlayn seminar keçirildi.

    İnteraktiv formada keçirilən seminarda psixoloq Bəyim Həsənova gənclik dövrü və onun xüsusiyyətlərindən bəhs etdi.

    Bildirdi ki, gənclər bu yaşlarda ətrafdakı dəyişikliklikləri qavramağa, yeni həyat üslubu formalaşdırmağa başlayırlar.

    Birliyindən LEQAL.AZ-a verilən məlumata görə, seminarda, həmçinin gənclərin müsbət cəhətləri və mənfi xüsusiyyətlərinin yaranma səbəbləri, həll yolları müzakirə olunub.

    Seminarın sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.

    PAYLAŞ:

    Oxşar xəbərlər